Şərtlər
1. Ümumi müddəalar
1.1. Hazırkı İstifadəçi Razılaşması (bundan sonra "Razılaşma" adlandırılacaq) mətndə daha sonra "Təşkilatçı" adlandırılacaq https://coupons.az internet səhifəsinin təqdim etdiyi xidmətlər üzrə qayda və şərtləri müəyyən edir və qeyd edilmiş internet səhifəsinin xidmətlərindən yararlanmaq istəyən fiziki şəxsə (bundan sonra "İştirakçı" adlandırılacaq) ünvanlanıb.
1.2. Xidmətlərdən istifadəyə başlamaq üçün İştirakçı hazırkı Razılaşmanın bütün şərtlərini tam və qeyd-şərtsiz qəbul edir və Razılaşmanın hər hansı bir şərti ilə razılaşmadığı halda, Təşkilatçı İştirakçıya xidmətlərindən istifadədən imtina etməyi təklif edir.
1.3. Təşkilatçı və İştirakçı yazılı şəkildə bağlanmış Razılaşma ilə eyni hüquqi qüvvəyə malik olan hazırkı Razılaşmanın bağlanması qaydasını və formasını qəbul edir.
2. Terminlər və təriflər
2.1. coupons layihəsi– ödənişsiz iqtisadi onlayn-Layihə olmaqla, Təşkilatçıya məxsus və internet şəbəkəsində https://coupons.az ünvanında yerləşən Layihə meydançasının ayrıca və unikal adıdır və burada hazırkı Razılaşma ilə müəyyən edilmiş qaydada və şərtlərlə İştirakçının əylənməsi, boş vaxtını keçirməsi və istirahətinin təşkili məqsədilə Təşkilatçı tərəfindən xidmətlər təqdim olunur.
2.2. Layihə meydançası – qlobal İnternet şəbəkəsində yerləşdirilmiş və boş vaxtın keçirilməsi və istirahətin təşkili üçün nəzərdə tutulmuş fiziki qurğuların və proqram təminatının proqram-apparat kompleksidir. Layihə inventarı – Layihədə iştirak etmək üçün "coupons" adlandırılan şərti Layihə vahididir. İnventarın uçot və saxlanma yeri İştirakçının «https://coupons.az» Layihə meydançasının uçot sistemi formatında elektron şəkildə Layihə hesabıdır.
2.3. Layihə hesabı – Təşkilatçı tərəfindən hər bir İştirakçıya Layihə meydançasındakı Layihə inventarının (coupons) uçotu məqsədilə Layihəninİştirakçısına təqdim etdiyi virtual hesabdır.
2.4. Layihə inventarı – Layihədə iştirak etmək üçün "coupons" adlandırılan şərti Layihə vahididir. İnventarın uçot və saxlanma yeri İştirakçının «https://coupons.az» Layihə meydançasının uçot sistemi formatında elektron şəkildə Layihə hesabıdır.
3. Razılaşmanın predmeti
3.1. Hazırkı Razılaşmanın predmeti Təşkilatçı tərəfindən İştirakçıya onun «https://coupons.az» oyununda boş vaxtının keçirilməsi, istirahətinin təşkili üzrə hazırkı Razılaşmanın şərtlərinə müvafiq olaraq xidmətlərin təqdim edilməsidir. Bu cür xidmətlər dedikdə xüsusilə aşağıdakılar nəzərdə tutulur: Layihə inventarının (coupons) alınması və satılması üzrə xidmətlər, əhəmiyyətli məlumatların uçotunun aparılması: Layihə hesabı üzrə hərəkətlər, İştirakçıların identifikasiyası və təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi, Layihə meydançasına və xarici əlavələrə tətbiq edilən proqram təminatının işlənib hazırlanması, Layihənintəşkili və Təşkilatçının meydançasında İştirakçıya Layihəningedişatı üzrə xidmətlərin göstərilməsi üçün tələb olunan məlumat və digər xarakterli xidmətlər.
3.2. Layihə ümumilikdə, o cümlədən onun istənilən bir elementi və yaxud istənilən yanaşı xarici Layihə əlavəsi müstəsna olaraq əyləncə məqsədilə yaradılıb. İştirakçı Layihə meydançasındakı Layihədə istənilən fəaliyyət növünün onun üçün əyləncə xarakteri daşıdığını qəbul edir. İştirakçı hesabının xarakteristikalarından asılı olaraq, oyundakı iştirakının fərqli səviyyələrdə mümkün ola biləcəyi ilə razılaşır.
3.3. İştirakçı Layihə inventarı (coupons) ilə həyata keçirilən bütün hərəkətlərə – alışı, satışı, daxil edilməsi və çıxarılmasına görə, o cümlədən Layihə meydançasındakı Layihə hərəkətlərinə – Layihə prosesi üçün istifadə edilən bütün Layihə elementlərinin və digər Layihə atributlarının yaradılması, alışı-satışı və digər əməliyyatlara görə şəxsən məsuliyyət daşıdığını qəbul edir.
3.4. İştirakçı Layihə serverində mövcud olan əyləncələrdə iştirak səviyyəsinin və imkanının ona göstərilən xidmətin əsas keyfiyyətləri olduğunu qəbul edir.
3.5. İştirakçı "coupons" oyununun toplanan vəsaitlərin Təşkilatçının sponsorları tərəfindən təqdim edilən hədiyyələr qismində verildiyi Layihə meydançası olduğunu və Layihə qaydalarının reklamın göstərilmə sayından asılı olaraq dəyişə biləcəyini qəbul edir.
3.6. İştirakçı hazırkı Layihəninİştirakçılar tərəfindən heç bir sərmaye qoyuluşunu tələb etmədiyini və layihəsitamamilə ödənişsiz keçilməsinin mümkün olduğunu qəbul edir.
4. Tərəflərin hüquq və öhdəlikləri
4.1. İştirakçının hüquq və öhdəlikləri
4.1.1. «https://coupons.az» oyununda yalnız yaşadığı ölkənin qanunvericiliyinə əsasən mülki hüquq səlahiyyətinə çatmış şəxslər iştirak edə bilər. Bu şərtin əməl olunmamasının nəticələrinə görə bütün məsuliyyət İştirakçının üzərindədir.
4.1.2. Layihədə iştirak səviyyəsi və üsulu İştirakçının özü tərəfindən müəyyən edilir, lakin hazırkı Razılaşmanın şərtlərinə və Layihə meydançasının qydalarına zidd ola bilməz.
4.1.2. İştirakçının öhdəlikləri:
4.1.2.1. Layihədə yalnız bir hesab yaratmaq, istifadə etmək və idarə etmək;
4.1.2.2. saxta hesablar yaratmamaq;
4.1.2.3. qeydiyyat zamanı özü haqqında dürüst məlumat vermək və Təşkilatçının ilk tələbi ilə öz şəxsiyyəti barədə onu oyundakı hesabın sahibi kimi müəyyənləşdirməyə imkan verən doğru məlumatları təqdim etmək;
4.1.2.4. layihəsibeynəlxalq qanunvericiliyə və İştirakçının yaşadığı ölkənin qanunvericiliyinə zidd olan hər hansı hərəkətlərin həyata keçirilməsi üçün istifadə etmək;
4.1.2.5. Layihəninsənədləşdirilməmiş xüsusiyyətlərindən (baqlar) və proqram təminatının xətalarından istifadə etməmək və bu cür hallar, eləcə də bu cür xətalardan istifadə edən şəxslər barədə Təşkilatçını məlumatlandırmaq;
4.1.2.6. Layihədə üstünlük qazanmaq məqsədilə istənilən növ xarici proqramlardan istifadə etməmək;
4.1.2.7. öz tərəfdaş linkinin, eynilə onu ehtiva edən resursun reklamı üçün onların qəbul edilməsinə razılıq verməmiş şəxslərə elektron poçt məktublarını və digər növ mesajları göndərməmək (spam);
4.1.2.8.digər İştirakçıların və yaxud digər şəxslərin Oyuna qatılmasını məhdudlaşdırmaq hüququna malik deyil, Layihəninİştirakçılarına, eləcə də Təşkilatçıy. onun tərəfdaşlarına və əməkdaşlarına hörmətlə və düzgün yanaşmalıdır, sonuncuların işinə mane olmamalıdır;
4.1.2.9. LayihəninTəşkilatçısını və İştirakçılarını aldatmamaq;
4.1.2.10. normadan kənar leksikadan istifadə etməmək və istənilən formada təhqirlərə yol verməmək;
4.1.2.11. digər oyunuların və Rəhbərliyin hərəkətlərini ləkələməmək;
4.1.2.12. istənilən bir şəxsi zorakılıq və fiziki hesablaşma ilə təhdid etməmək;
4.1.2.13. istənilən irqə, dinə, mədəniyyətə, millətə, dilə, siyasətə, dövlətə, ideologiyaya yaxud ictimai hərəkata qarşı nifrət və ya qəbul etməmə kimi halları təbliğ edən materialları yaymamaq;
4.1.2.14. pornoqrafiya, narkotik maddə və bu kimi məlumatları ehtiva edən resursları reklam etməmək;
4.1.2.15. İştirakçının öhdəliklərinin pozulmasını gizlətmək üçün hərəkətlərdən, terminologiyadan və jarqonlardan istifadə etməmək;
4.1.2.16. müstəqil olaraq lazımi kompüter və digər təhlükəsizlik tədbirləri ilə məşğul olmaq, və öz identifikasiya məlumatlarını: login, hesabın şifrəsi və s. məlumatları gizli saxlamaq və digər şəxsə və yaxud digər İştirakçıya ötürməmək, İştirakçının hesabının profilinə eyd edilmiş elektron poçt qutusuna icazəsiz giriş hüququna yol verməmək. İştirakçı Layihə meydançasının məlumat təhlükəsizliyi sisteminin İştirakçının logininin, şifrəsinin və identifikasiya məlumatlarının üçüncü şəxsə ötürülməsini istisna etdiyini qəbul etdiyi səbəbdən, göstərilmiş məlumatların açıqlanmasından qaynaqlanan xoşagəlməz nəticələrə dair risk İştirakçının üzərindədir;
4.1.2.17. öz maliyyə sazişlərinin və əməliyyatlarının aparılmasına görə müstəqil şəkildə fərdi məsuliyyət daşımaq, Təşkilatçı Layihə inventarının və Layihə məzənnəsinin, eləcə də digər Layihə atributlarının ötürülməsi üzrə oyunçular arasında həyata keçirilən maliyyə hərəkətlərinə görə məsuliyyət daşımır;
4.1.2.18. öz irad və şikayətləri haqqında yazılı şəkildə internet səhifəmizdə göstərilən WhatsApp, elektron poçt yaxud əks əlaqə ilə ilk növbədə Təşkilatçını məlumatlandırmaq;
4.1.2.19. Layihəninxəbərləri, həmçinin hazırkı Razılaşmada və Layihə meydançasında Layihəninqaydalarında baş verən dəyişikliklərlə mütəmadi olaraq müstəqil şəkildə tanış olmaq.
4.2. Təşkilatçının hüquq və öhdəlikləri
4.2.1. Təşkilatçının öhdəlikləri:
4.2.1.1. ödəniş tələb etmədən İştirakçının Layihə meydançasına və Layihədə iştirak üçün giriş hüququnu təmin etmək. İştirakçı müstəqil şəkildə İnternet şəbəkəsinə qoşulma üçün və bu hərəkətlə əlqədar digər ödənişləri öz hesabına həyata keçirir;
4.2.1.2. İştirakçının Layihə hesabında Layihə inventarının (coupons) uçotunu aparmaq;
4.2.1.3. apparat-proqram kompleksini mütəmadi olaraq təkmilləşdirmək, lakin Layihəninproqram təminatında xətaların olmadığına, habelə apparat hissəsinin işçi parametrlərdən kənar çıxmamaqla fasiləsiz fəaliyyət göstərməsinə zəmanət vermir;
4.2.1.4. hazırkı Razılşmnın 6-cı bəndinə əsasən, İştirakçının fərdi məlumatlarına dair məxfilik rejiminə riayət etmək;
4.2.1.5. İştirakçının Layihə hesabında Layihə inventarını (coupons) ekvivalent məzənnə dəyərinin təmin edilməsinə dair maddi öhdəlik daşımaq; Layihə inventarının (coupons) məzənnə dəyəri 10 000 coupons = 1 AZN təşkil edir.
İstifadəçi tərəfindən ödənişlərin alınması istifadəçinin hesabında toplanmış coupons-lərlə məhdudlaşır.
300 000 coupons-ə bərabər minimal bonus məbləği İştirakçıya sistemdən sponsorların təqdim etdiyi hədiyyələrin yaxud bank hesabına vəsaitin köçürülməsi, İştirakçı hədiyyə sertifikatlarının çatdırılma dairəsindən kənar olduğu təqdirdə isə 30 AZN pul məbləği qismində çıxarılması hüququnu verir.
coupons-lər referallarınız, həmçinin Sizin özünüz tərəfindən həyata keçirilən çoxsaylı hərəkətlərə görə verilir.
Hesabda minimal tələb olunan sayda coupons (300 000 coupons) olmadığı təqdirdə, vəsaitləri layihədən çıxarmaq olmaz! Biz HYIP və ya ona bənzər bir sistem deyilik. Layihədən çıxarılan bütün vəsaitlər Layihədə fəal iştirak üçün verilən tərəfdaş ödənişləridir.
4.2.1.6 Hər bir İştirakçı Təşkikatçıdan yalnız 3 dəfə hədiyyə qazana bilər və bundan sonra həmin İştirakçı üçün Layihə keçilmiş hesab edilir. 3 dəfə hədiyyə aldıqdan sonra, İştirakçı əlavə olaraq VIP statusu əldə etmədən, Oyununu davam etdirə bilməz.
4.2.2. Təşkilatçının hüquqları:
4.2.2.1. İştirakçıya siyahısı, eləcə də istifadə qaydaları və şərtləri hazırkı Razılaşma, Layihə meydançasının qaydaları və Təşkilatçının digər elanları ilə müəyyən edilmiş xidmətlər, o cümlədən əlavə ödənişli xidmətlər təqdim etmək; Bununla belə, coupons referalların, yəni sistemdə fəal istifadəçilərin sayına əsaslanmış bir Layihə olduğundan, sistemdə tələb olunan iştirakçıların sayından asılı olaraq, Təşkilatçı təklif edilən xidmətlərin, eləcə də ödənişli xidmətlərin şərtlərini, sayını və həcmini, onların dəyərini, adını, növünü və istifadə nəticəsində təsirini, eləcə də referal sisteminin tarifləri üzrə referal yığımlarının sürətini sistemin say tələbinə, o cümlədən reklam bloklarının sayına, eləcə də sponsorların dəstəyindən asılı olaraq, 24 saat əvvəldən məlumat verməklə, dəyişmək hüququna malikdir;
4.2.2.3. hazırkı Razılaşmanı dayandırmaq və İştirakçını hazırkı Razılaşmanın və Layihə meydançasının qaydalarını pozduğunda şübhəli bildiyi halda istintaq müddətinə İştirakçını oyundan kənarlaşdırmaq;
4.2.2.4. hazırkı Razılaşmanın 5.10 bəndinə əsasən, İştirakçı tərəfindən hazırkı Razılaşmanın yaxud Layihə meydançasında müəyyən edilmiş qaydaların pozulması halını aşkar etdikdə, İşitrakçını oyundan kənarlaşdırmaq;
4.2.2.5. Layihə meydançasında bərpa, təmir və profilaktik tədbirlər keçirildiyi zaman İştirakçıya əvvəlcədən xəbərdarlıq vermədən xidmətləri qismən və ya tam dayandırmaq;
4.2.2.6. İştirakçının qeydiyyat zamanı qeyd etdiyi ünvana məlumat xarakterli elektron məktublar göndərmək;
4.2.2.7. Təşkilatçı Layihəninproqram təminatının müvafiq qaydada fəaliyyət göstərməməsinə görə məsuliyyət daşımır. İştirakçı proqram təminatını "OLDUĞU KİMİ" ("AS IS") prinsipinə görə istifadə edir. Təşkilatçı Layihə zamanı Layihə meydançasının işində hər hansı xətanın baş verdiyini aşkar etdiyi təqdirdə, proqram təminatının düzgün işləmədiyi müddətdə olan nəticələr sıfırlana yaxud Təşkilatçının mülahizəsinə əsasən düzəliş edilə bilər. İştirakçı ona təqdim edilən Layihə imkanlarının və xidmətlərin keyfiyyətinə, miqdarına, qaydasına və müddətinə görə Təşkilatçıya müraciət etməməyə razıdır.
5. Zəmanət və məsuliyyət
5.1. Təşkilatçı internet-provayderlərin, məlumat serverlərinin, bank və ödəniş sistemlərinin keyfiyyətsiz işi və ya fəaliyyət göstərməməsi, o cümlədən üçüncü şəxslərin qanunsuz hərəkətləri kimi texniki problem və/və ya öncədən görülməyən şərait baş verdiyi halda, Layihə meydançasına və xidmətlərinə daimi və fasiləsiz girişin olacağına zəmanət vermir. Təşkilatçı xətaların baş verməməsi üçün bütün mümkün səyləri göstərəcək, lakin bu cür xətaların baş verməsi səbəblərindən asılı olmayaraq, Layihəninişində müvəqqəti texniki xətalara və fasilələrə görə məsuliyyət daşımır.
5.2. İştirakçı, Təşkilatçının elektron avadanlıqların və Layihə məlumat bazalarının təhlükəsizlik sisteminin pozulmasına yönəlmiş üçüncü şəxslərin qanunsuz hərəkətləri ilə əlaqədar yaranan zərərlərə və ya Təşkilatçıdan asılı olmayan səbəblər, o cümlədən ödəniş sistemlərinin və ya üçüncü şəxslərin qanunsuz və ya əsassız hərəkətləri nəticəsində onun İştirakçı ilə qarşılıqlı əlaqədə istifadə olunan kanalların və şəbəkələrin işində fasilələrə, dayanmalara və fəaliyyətinin kəsilməsinə görə Təşkilatçının məsuliyyət daşımayacağı ilə tamamilə razıdır.
5.3. Təşkilatçı, İştirakçının Oyun, Layihə qaydaları haqqında məlumatlardan və Layihəninözündən istifadə etməsi və ya istifadə etməməsi nəticəsində çəkdiyi zərərə görə, habelə İştirakçının səriştəsiz hərəkətləri və Layihə qaydalarını bilməməsi və ya hesablamalardakı səhvləri ilə əlaqədar ona dəyən zərərə və ya digər ziyana görə məsuliyyət daşımır.
5.4. İştirakçı Layihə meydançasını öz iradəsi və öz şəxsi riskinə görə istifadə etdiyi ilə razıdır. Təşkilatçı İştirakçıya Layihədə iştirakdan hər hansı bir xeyir və ya fayda əldə edəcəyinə heç bir zəmanət vermir. Layihədə iştirak səviyyəsi İştirakçının özü tərəfindən müəyyən edilir;
5.5. Təşkilatçı digər İştirakçıların hərəkətlərinə görə İştirakçı qarşısında heç bir məsuliyyət daşımır;
5.6. Layihə meydançasında hər hansı mübahisə və fikir ayrılığı yarandığı təqdirdə, Təşkilatçının qərarı həlledici rol oynayır və İştirakçı bununla tam olaraq razıdır. Hazırkı Razılaşma əsasında və ya onunla əlaqədar yaranan bütün mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll olunur. Danışıqlar yolu ilə hər hansı razılığa nail olunmadığı halda, hazırkı Razılaşmadan irəli gələn mübahisələr, fikir ayrılıqları və tələblər qüvvədə olan qanunvericilik əsasında həll edilir.
5.7. Təşkilatçı İştirakçıya görə vergi yükü daşımır. İştirakçı yaşadığı ölkənin qanunvericiliyinə müvafiq olaraq, mümkün gəlirləri vergi bəyannaməsinə müstəqil şəkildə daxil etməlidir.
5.8. Təşkilatçı hazırkı Razılaşmaya, Layihə meydançasının qaydalarına və digər sənədlərə dəyişiklikləri birtərəfli qaydada tətbiq edə bilər. Sənədlərə hər hansı dəyişikliklər edildiyi halda, Təşkilatçı sənədlərin son versiyalarını Layihə meydançasının internet səhifəsində yerləşdirir. Bütün dəyişikliklər internet səhifəsində yerləşdirildiyi andan qüvvəyə minir. İştirakçı tətbiq edilən dəyişikliklərlə razılaşmadığı təqdirdə, 3 gün ərzində hazırkı Razılaşmaya xitam vermək hüququna malikdir. Bu halda, Razılaşmaya xitam vermə hazırkı Razıalşmanın 5.9 bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Rəsmi sənədlər və xəbərlərlə tanış olmaq məqsədilə Layihəninrəsmi internet səhifəsinə mütəmadi olaraq daxil olmaq İştirakçının öhdəliyinə aiddir.
5.9. İştirakçı öz Layihə hesabının saxlanılmaması şərtilə hazırkı Razılaşmaya birtərəfli qaydada xitam verə bilər. Bu zaman, Layihədə iştirak ilə bağlı bütün xərclər, İştirakçının Layihə hesabında mövcud olan Layihə inventarı (coupons) İştirakçıya kompensasiya edilmir və qaytarılmır.
5.10. Təşkilatçı, hazırkı Razılaşmanın şərtlərini pozduğu aşkar olunan İştirakçıya və ya əlbir olan bir qrup İştirakçı ilə hazırkı Razılaşmaya birtərəfli qaydada xitam vermək, eləcə də onların Layihədə imkanlarını məhdudlaşdıran digər hərəkətləri icra etək hüququna malikdir. Bu halda, İştirakçının və ya bir qrup İştirakçının hesabında və Layihə hesabında mövcud olan bütün Layihə atributları, Layihə inventarı (coupons), o cümlədən çəkdiyi bütün xərcləri qaytarılmır və kompensasiya edilmir.
5.11. Təşkilatçı və İştirakçı hazırkı Razılaşmaya əsasən öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.
5.12. Təşkilatçı və İştirakçı təbii fəlakətlər, müharibələr, yanğın, sel, partlayış, terror aktları, iğtişaşlar, mülki iğtişaşlar, hökümət və ya idarəedici hakimiyyət aktları, haker hücumları, enerji təchizatının, internet xidmətləri, rabitə şəbəkələri və digər sistem, şəbəkə və xidmət təchizatçılarının fəaliyyət göstərməməsi və ya fasilələrlə fəaliyyət göstərməsi və sair bu kimi qarşısıalınmaz qüvvə şəraitində (fors-major şəraitində) məsuliyyətdən azad edilirlər. Bu cür şəraitləri yaranan Tərəf məntiqə uyğun müddət ərzində və əlçatan üsulla digər Tərəfi bu şəraitə məruz qaldığı barədə məlumatlandırmalıdır.
6. Məxfilik
6.1. Məxfilik müddəası Təşkilatçının Layihənininternet səhifəsində olduğu müddətdə İştirakçı haqqında ala biləcəyi və bu istifadəçi ilə əlaqələndirilə bilən məlumatlara şamil edilir. Təşkilatçı İştirakçının brauzerindən IP ünvan, sorğulanan səhifənin ünvanı və s. kimi texniki məlumatları avtomatik olaraq alıb server loqlarına daxil edir. Təşkilatçı istifadəçinin elektron cihazına "cookies" yazıb gələcəkdə onlardan istifadə edə bilər. Təşkilatçı, İştirakçının Layihədə qeydiyyat zamanı təqdim etdiyi məlumatların yalnız Layihə daxilində istifadə ediləcəyinə zəmanət verir.
6.2. Təşkilatçı Oyunçu haqqında fərdi məlumatları üçüncü şəxslərə yalnız aşağıda sadalanan hallarda ötürmək hüququna malikdir:
6.2.1. İştirakçı bu məlumatları açıqlamaq istəyini bildirir;
6.2.2. Bu məlumatlar olmadan, İştirakçı istədiyi məhsul və ya xidmətdən istifadə edə bilməz, xüsusilə adlar (niklər), Layihə atributları haqqında məlumat digər İştirakçılar üçün əlçatan ola bilər;
6.2.3. Bu məlumatlar, qanuni prosedura riayət etməklə, beynəlxalq hüquq və/və ya hökumət orqanları tərəfindən tələb edilir;
6.2.4. İştirakçı hazırkı Razılaşmanın şərtlərini və Layihə meydançasının qaydalarını pozur.
7. Digər müddəalar
7.1. Razılaşmanın bir hissəsinin və ya bəndinin (yarım-bəndinin) qüvvədən düşməsi onun digər hissələrinin və bəndlərinin (yarım-bəndlərinin) qüvvədən düşməsi anlamına gəlmir.
7.2. Hazırkı Razılaşmanın şərtlərini qəbul etməklə, İştirakçı hazırkı Layihənintamamilə ödənişsiz olduğunu və Layihədə tətbiq edilmiş əlaə ödənişli funksiyaların (ödənişli funksiyaların siyahısı "Əlavə funksiyalar" bölməsində təqdim edilib) yalnız əyləncə məqsədilə Layihəninsürətləndirilməsi üçün nəzərdə tutulduğunu qəbul edir.
Əlavə ödənişli funksiyaların tam siyahısı ilə öz hesabınızdakı "Əlavə funksiyalar" bölməsində tanış ola bilərsiniz. Əməliyyatlar siyahısı daim artmaqdadır.
7.2. Layihə meydançasında qeydiyyatdan keçməklə və burada olmaqla, İştirakçı hazırkı Razılaşmanın şərtləri, habelə Layihə qaydalarını və digər rəsmi sənədlər ilə tanış olduğunu, anladığını və onlarla tam olaraq razılaşdığını qəbul edir.
7.3. Hazırkı Razılaşmanın müddəti Layihə meydançasının mövcud olduğu müddət ərzində, yəni qeyri-müəyyən müddət ərzində qüvvədədir və hazırkı Razılaşmanın başa çatma müddətini nəzərdə tutmur.